Qruntların laborator şəraitdə öyrənilməsi


Qruntların laborator şəraitdə öyrənilməsi onların tərkib və xüsusiyyətləri haqqında mühəndisi-geoloji məlumatların öyrənilməsi üçün kompleks işlərdən ibarətdir. Qruntların fiziki, mexaniki, kimyəvi və fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi üsulları aşağıdakı kimidir:
  • təbii nəmliyin təyini;
  • sıxlığın müəyyən edilməsi, qrunt hissəciklərinin (skelet) sıxlığı;
  • məsaməliliyin hesablanması;
  • plastikliyin (konsistensiyanın) həddinin və ədədinin müəyyənləşməsi üsulları;
  • qranulometrik tərkib;
  • dağ süxurlarının çöküntülük və qabarma qabiliyyəti;
  • yerdəyişmə zamanı qruntun davamlılığı (birsəthi kəsilişdə);
  • qruntların deformasiya xüsusiyyətlərinin təyini;
  • biroxlu sıxılmada qruntun davamlılığı;
  • biroxlu dartılmada qruntun davamlılığı;
  • nisbi çökmə və ilkin çökmə təzyiqi;
  • təbii yamac bucağının müəyyən edilməsi;
  • suda həll olan duzların tərkibinin müəyyən edilməsi;
  • qruntlarda karbonatların təyini;
  • üzvi maddələrin ümumi tərkibinin təyini;
  • qruntların yapışqanlığının təyini;
  • qruntlarda susızma;
  • dağ süxurlarının nəmliyi, yumşaqlığı və yuyulması;
  • qruntların betona, əlvan və qara metallara qarşı təsir dərəcəsi;
Bizim laboratoriyada qruntların mexanikası, qruntların davamlılıq və deformasiya xüsusiyyətlərinin xarakteristikasının müəyyən edilməsi həyata keçirilir.